6°C Bakı
1$ = 1.70₼
Xarici xəbərlər

Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya edib

14-aprel-2026
Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya edib
Yazı Ölçüsü:
Gürcüstan Daxili İşlər Nazirliyinin miqrasiya departamentinin əməkdaşları son günlərdə 78 xarici vətəndaşı deportasiya edib.
"PostMedia" xəbər verir ki, deportasiya olunanlar arasında Azərbaycan vətəndaşları da var.
Nazirliyin məlumatına görə, ölkədən çıxarılan şəxslər Azərbaycan, Banqladeş, Belarus, Misir, Hindistan, İndoneziya, Yəmən, Kamerun, Çin, Nigeriya, Pakistan, Rusiya, Somali və Türkiyə vətəndaşlarıdır.
Deportasiya edilən şəxslərə Gürcüstana giriş qadağan edilib.
Son dövrlərdə Gürcüstanda qeyri-qanuni miqrantlara qarşı mübarizə gücləndirilib. Ölkə parlamenti miqrasiya qanunvericiliyini sərtləşdirərək deportasiya və miqrantların axtarışı prosedurlarını sadələşdirib. Hər ay Gürcüstan DİN onlarla xarici vətəndaşın ölkədən çıxarıldığını bildirir.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031