6°C Bakı
1$ = 1.70₼
Əməliyyat-axtarış

Ukrayna Kiyevə Rusiyanın gecə hücumu ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırır

25-may-2026
Ukrayna Kiyevə Rusiyanın gecə hücumu ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırır
Yazı Ölçüsü:

Rəsmi Kiyev Ukrayna paytaxtına Rusiyanın kütləvi raket hücumundan sonra BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini təşəbbüsü ilə çıxış edib.

"PostMedia" xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkəsində qeyd edib.

XİN rəhbərinin sözlərinə görə, beynəlxalq təşkilatlar yanında fəaliyyət göstərən Ukrayna diplomatik nümayəndəliklərinə hücuma reaksiya verilməsi üçün “bütün çoxtərəfli alətlərdən” istifadə etmək tapşırılıb. Ukrayna həmçinin ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumu və ATƏT Daimi Şurasının birgə iclasının keçirilməsini istəyib.

Sibiqa Rusiyanın hücumunu “barbar hücum” adlandırıb və bəyan edib ki, Moskva “hərbi uğursuzluqları mülki əhaliyə qarşı terrorla kompensasiya etməyə çalışır”.

Nazirin iddiasına görə, Rusiya zərbələri yaşayış binalarına, məktəblərə, muzeylərə və həyati əhəmiyyətli infrastruktur obyektlərinə yönəlib. Bundan əlavə, o, Rusiyanı orta mənzilli ballistik raketlərlə dinc şəhərlərə hücum edərək “dünyanı qorxutmağa çalışmaqda” ittiham edib.

Ukrayna XİN rəhbəri beynəlxalq ictimaiyyəti Rusiyanı cilovlamağa və onu “hərtərəfli, ədalətli və davamlı sülhə” məcbur etməyə yönəlmiş “qətiyyətli və koordinasiyalı addımlar” atmağa çağırıb.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031