Türkiyə xarici işlər naziri Hakan Fidan və onun iranlı həmkarı Abbas Əraqçi çərşənbə axşamı ABŞ ilə İran arasında danışıqların son vəziyyətini müzakirə ediblər.
PostMedia" xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.
Münaqişədə olan ölkələr arasında iki həftəlik atəşkəs şəraitində baş tutan danışıqlar telefon söhbəti zamanı müzakirə olunub.
İran rəsmilərinin məlumatına görə, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hava zərbələri nəticəsində 3300-dən çox insan həlak olub.
Ötən həftə iki həftəlik atəşkəs elan edilməzdən əvvəl Tehran cavab olaraq raket və pilotsuz uçuş aparatları ilə İsrailə, İraqa, İordaniyaya və ABŞ hərbi obyektlərinin yerləşdiyi Fars körfəzi ölkələrinə zərbələr endirib.
ABŞ və İran ötən həftəsonu İslamabadda münaqişəyə son qoymaq məqsədilə birbaşa danışıqlar aparsalar da, görüş heç bir razılaşma əldə olunmadan başa çatıb.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
