6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Ərdoğan Macarıstanın yeni Baş naziri ilə telefonla danışıb

14-aprel-2026
Ərdoğan Macarıstanın yeni Baş naziri ilə telefonla danışıb
Yazı Ölçüsü:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Macarıstanın yeni seçilən Baş naziri Peter Magyar arasında telefon danışığı olub.

"PostMedia" xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, danışıq zamanı tərəflər iki ölkə arasında münasibətlərin gələcəyini, həmçinin regional və qlobal prosesləri müzakirə ediblər.

Telefon danışığı zamanı liderlər ikitərəfli əlaqələri nəzərdən keçiriblər. Ərdoğan bildirib ki, Türkiyə ilə Macarıstan arasındakı münasibətlər “ortaq tarix və mədəniyyətə” əsaslanır.

O, yaxın dövrdə Türkiyə ilə Macarıstan arasında həm ikitərəfli, həm də beynəlxalq səviyyədə əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Ərdoğan strateji tərəfdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb və iki ölkənin əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu bildirib.

O qeyd edib ki, hər iki ölkənin üzv olduğu NATO çərçivəsindəki müttəfiqlik “regional və qlobal sülhə” töhfə verir.

Telefon danışığı zamanı Ərdoğan həmçinin bazar günü keçirilmiş seçkilərdə qələbə münasibətilə Macarıstanın yeni baş nazirini təbrik edib.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031