6°C Bakı
1$ = 1.70₼
Xarici xəbərlər

ABŞ-nin İrana qarşı dəniz blokadasında 15-dən çox Amerika hərbi gəmisi iştirak edir –WSJ

13-aprel-2026
ABŞ-nin İrana qarşı dəniz blokadasında 15-dən çox Amerika hərbi gəmisi iştirak edir –WSJ
Yazı Ölçüsü:

Aprelin 13-də ABŞ tərəfindən İrana qarşı dəniz blokadası rəsmi olaraq başlayıb. Bu qərar sülh danışıqları razılaşma əldə olunmadan başa çatdıqdan sonra qəbul edilib.

"PostMedia" "The Wall Street Journal"a istinadən xəbər verir ki, Donald Trump blokada zonasına yaxınlaşacaq istənilən İran gəmisinə zərbə endirilə biləcəyi ilə hədələyib.

Yüksək vəzifəli bir rəsmiyə istinadən xəbər verilir ki, əməliyyatı dəstəkləmək üçün bölgəyə 15-dən çox ABŞ hərbi gəmisi yerləşdirilib.

Daha əvvəl İran bəyan etmişdi ki, əgər onun limanları təhlükə altında olarsa, Fars körfəzi və ya Oman dənizində heç bir liman təhlükəsiz olmayacaq. İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi-dəniz qüvvələri isə bildirmişdi ki, Hörmüz boğazına hərbi gəmilərin yaxınlaşması atəşkəsin pozulması kimi qiymətləndiriləcək.

Pakistanın baş naziri Şahbaz Şərif bildirib ki, iki həftəlik atəşkəs hələ də qüvvədədir və ABŞ ilə İran arasında həll olunmamış məsələlərin aradan qaldırılması üçün səylər davam etdirilir.

Böyük Britaniya və Fransa isə blokadada iştirak etməyəcəklərini açıqlayıb.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031