Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanı Qərbi Trakiyadakı türk azlığın hüquqlarını görməzlikdən gəlməkdə ittiham edib.
"PostMedia" xəbər verir ki, bu barədə məlumatı "Anadolu" Agentliyi yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, Yunanıstan "Lozanna müqaviləsi" ilə təmin olunmuş hüquqları nəzərə almır və Qərbi Trakiyadakı türk azlığın hüquq və azadlıqlarını “israrla görməzlikdən gəlir”. Xüsusilə onların seçdiyi müftilərin rəsmi şəkildə tanınmaması tənqid edilib.
Açıqlamada son hadisələrlə bağlı da “narahatlıq” ifadə olunub. Qeyd edilib ki, Didimotikoda müftinin təyin olunması “seçki adı altında”, lakin azlıq nümayəndələri ilə məsləhətləşmədən həyata keçirilib.
Nazirliyin iddiasına görə, oxşar addımlar hazırda Rodop və Ksanti bölgələrində də atılır.
“Biz belə bir praktikanı qəbul edə bilmərik”, – deyə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb.
Türkiyə diplomatik qurumu beynəlxalq ictimaiyyəti Yunanıstanın öz ərazisində yaşayan rəsmi azlığın seçilmiş dini liderlərini tanımaması faktına diqqət yetirməyə çağırıb.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
