2025-ci ilin avqustunda dünya mərkəzi bankları ümumilikdə 15 ton qızıl alıb.
"PostMedia" xəbər verir ki, bu brədə Dünya Qızıl Şurasının (World Gold Council, WGC) məlumat yayıb.
Hesabatda qeyd olunur ki, bu göstərici mart–iyun ayları ərzindəki aylıq alımlara uyğundur və iyul ayında ehtiyatların dəyişməz qalmasından sonra trendin bərpasını göstərir.
Avqustda ən iri alıcılar Qazaxıstan (+7,7 ton), eləcə də Bolqarıstan, Türkiyə, Çin, Özbəkistan və Çexiya olub. Hər biri ehtiyatlarını təxminən 2 ton qızıl artırıb.
Eyni zamanda, statistikaya əsasən, ehtiyatlarını ən çox azaldanlar Rusiya (-3,1 ton) və İndoneziya (-1,8 ton) mərkəzi bankları olub.
Beləliklə, qlobal qızıl bazarında mərkəzi bankların alqı-satqı fəaliyyəti davam etməkdədir və bu, qızılın strateji aktiv kimi əhəmiyyətini bir daha vurğulayır.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
