6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İnfrastruktur

Mayın əvvəllərində Ermənistan hava məkanını bu uçuşlar üçün bağlayır - AÇIQLAMA

15-aprel-2026
Mayın əvvəllərində Ermənistan hava məkanını bu uçuşlar üçün bağlayır - AÇIQLAMA
Yazı Ölçüsü:

2026-cı il mayın 3–5-də Ermənistanın hava məkanında yalnız ümumi təyinatlı aviasiya uçuşları qadağan ediləcək.

"PostMedia" xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Mülki Aviasiya Komitəsi yayıb.

Məlumatda bildirib ki, 2026-cı il mayın 3-dən 5-dək ölkənin hava məkanında yalnız ümumi təyinatlı aviasiya uçuşlarının həyata keçirilməsi qadağan edilir.

Qurumun açıqlamasında qeyd olunur ki, qadağa aşağıdakı uçuş növlərinə aiddir:

  • qeyri-kommersiya biznes uçuşları

  • tədris (təlim) uçuşları

  • şəxsi uçuşlar

  • kənd təsərrüfatı, tikinti, tədqiqat, çəkiliş, reklam və digər xüsusi xidmət uçuşları

  • pilotsuz uçuş aparatları (dronlar) ilə bütün növ uçuşlar

Açıqlamaya görə, bu məhdudiyyət kommersiya (müntəzəm və qeyri-müntəzəm) sərnişin reyslərinə, eləcə də fövqəladə vəziyyət uçuşlarına şamil edilmir.

Komitə bildirib ki, qərar həmin dövrdə Ermənistan ərazisində çoxsaylı xarici nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək genişmiqyaslı tədbirlərlə bağlı təhlükəsizlik səbəblərinə görə qəbul edilib.

Sonda vətəndaşlardan dezinformasiyadan uzaq durmaq və yalnız rəsmi məlumatlara istinad etmək xahiş olunub.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930