6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İnfrastruktur

İran ABŞ ilə danışıqlarda Hörmüz boğazıyla bağlı yeni təklif irəli sürə bilər — "Reuters"

15-aprel-2026
İran ABŞ ilə danışıqlarda Hörmüz boğazıyla bağlı yeni təklif irəli sürə bilər — "Reuters"
Yazı Ölçüsü:

İran ABŞ ilə aparılan danışıqlar çərçivəsində Hörmüz boğazından keçən gəmilərin hücum riski olmadan sərbəst hərəkətini təmin edəcək yeni bir mexanizm təklif edə bilər.

"PostMedia" xəbər verir ki, bu barədə mənbəyə istinadən "Reuters" məlumat yayıb.

Məlumata görə, Tehran gəmilərin Hörmüz boğazından keçidi zamanı Omanın ərazi sularından sərbəst və təhlükəsiz keçid hüququnun təmin olunması üçün Oman vasitəsilə belə bir variantı müzakirə etməyə hazırdır.

Mənbə bildirib ki, bu təklif münaqişənin yenidən alovlanmasının qarşısını almaq üçün mümkün razılaşmanın tərkib hissəsi kimi nəzərdən keçirilir.

Lakin hələlik Vaşinqtonun bu təşəbbüsə rəsmi reaksiyası barədə məlumat yoxdur.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031