6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İnfrastruktur

İranda yaşanan böyük itkilərə görə ABŞ 68 illik hərbi təyyarəni işə salır - Bild

13-aprel-2026
İranda yaşanan böyük itkilərə görə ABŞ 68 illik hərbi təyyarəni işə salır - Bild
Yazı Ölçüsü:

İranda yaşanan böyük itkilər səbəbilə ABŞ Hərbi Hava Qüvvələri (HHQ) 68 illik yanacaq dolduran təyyarəni yenidən xidmətə qaytarır.

"PostMedia" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Mart ayında İraqın qərbində ABŞ-yə məxsus "KC-135" Stratotanker yanacaq dolduran təyyarəsi qəzaya uğramış, ekipajın altı üzvü həlak olmuşdu. Qısa müddət sonra Səudiyyə Ərəbistanındakı ABŞ bazasına İran hücumları nəticəsində yerdə olan ən azı beş KC-135 təyyarəsi də zədələnmişdi.

Hazırda ABŞ HHQ vəziyyətə cavab olaraq köhnə təyyarələri yenidən istifadəyə qaytarır. FlightGlobal portalının məlumatına görə, Arizona ştatındakı Devis-Montan bazasının anbarından ən azı iki "KC-135" Stratotanker yenidən aktivləşdirilib. Onlardan biri 58-0011 bort nömrəli, 68 yaşlı təyyarədir. Təyyarələr Oklahoma ştatındakı Tinker Hərbi Hava Qüvvələri bazasına aparılıb; burada böyük texniki xidmət və təmir mərkəzi yerləşir.

"KC-135" tanker təyyarələri ABŞ HHQ üçün mühüm rol oynayır. Onlar "F-15", "F-22" və "F-35" kimi qırıcıları havada yanacaqla təmin edir. Həmçinin B-2 bombardmançıları da bu təyyarələrdən asılıdır. Uzaq məsafəli və uzunmüddətli əməliyyatlar, o cümlədən İranla bağlı əməliyyatlar yalnız hava yanacaq doldurması sayəsində mümkün olur.

KC-135 təyyarələrinin bir çoxu hələ 1950-ci illərin istehsalıdır. Onların ilkin olaraq daha müasir KC-46 Pegasus modeli ilə əvəzlənməsi planlaşdırılmışdı, lakin bu modeldə texniki problemlər olduğuna görə ABŞ HHQ hazırda Arizonadakı köhnə ehtiyatlara müraciət edir.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930