N/A°C Bakı
1$ = 1.70₼
Futbol

“Makkabi Tel-Əviv” azarkeşlərinə İngiltərədə keçiriləcək Avropa Liqası oyununa qadağa qoyuldu

17-oktyabr-2025
Turan Hüseynli
“Makkabi Tel-Əviv” azarkeşlərinə İngiltərədə keçiriləcək Avropa Liqası oyununa qadağa qoyuldu
Yazı Ölçüsü:

İsrailin “Makkabi Tel-Əviv” futbol klubunun azarkeşlərinə UEFA Avropa Liqası çərçivəsində noyabrın 6-da “Aston Villa” ilə Böyük Britaniyada keçiriləcək oyunu stadiondan izləmək qadağan edilib.

PostMedia” xarici KİV-lərə istinadən xəbər verir ki, qərar, Birminhem Şəhər Təhlükəsizlik Məsləhət Qrupu (SAG) tərəfindən polis idarəsinin təhlükəsizlik xəbərdarlığı əsasında qəbul olunub.

Şəhərin qərb polis idarəsi matçı yüksək riskli elan edərək, stadion ətrafında kütləvi etirazlar və qarşıdurmalar ehtimalının yüksək olduğunu bildirib.

Polis, potensial toqquşmaların və nifrət çıxışlarının qarşısını almağın çətin olacağını əsas gətirib.

Klubun açıqlamasında qeyd olunub ki, “Makkabi Tel-Əviv”in səfər azarkeşləri üçün tribunalar açılmayacaq və bilet satışı həyata keçirilməyəcək.

Xatırladaq ki, ötən il Amsterdamda “Ayaks” – “Makkabi Tel-Əviv” oyunu zamanı ciddi insidentlər yaşanmış, onlarla nəfər saxlanılmış, 5 nəfər həbs edilmişdi.

Hadisə zamanı israilli azarkeşlərin şəhər sakinlərinə hücum etdiyi, Fələstin simvollarını dağıtdığı və irqçi şüarlar səsləndirdiyi iddia edilmişdi.


Britaniya Baş naziri Kir Starmer qərarı tənqid edərək, polisin vəzifəsinin təhlükəsizliyi təmin etmək olduğunu deyib.

İsrailin xarici işlər naziri Gideon Saar isə qadağanı “utancverici” adlandırıb və geri götürülməsini tələb edib.

Yəhudi Liderlik Şurası da qərara etiraz edərək, əgər təhlükəsizlik təmin olunmursa, matçın ümumiyyətlə azarkeşsiz oynanmalı olduğunu bildirib.

Hadisə, Qəzzada davam edən müharibə fonunda İsrail futbol klublarının beynəlxalq yarışlardan kənarlaşdırılması çağırışlarının artdığı bir dövrdə baş verir.

”Game Over Israel” təşkilatı UEFA-ya rəsmi müraciət edərək İsrailin idmandan diskvalifikasiya edilməsini tələb edib. Onlar İsrailin idmandan siyasi təbliğat vasitəsi kimi istifadə etdiyini və bunun qəbuledilməz olduğunu bildiriblər. UEFA-nın isə bu mövzuda yaxın günlərdə mövqe açıqlayacağı gözlənilir.

Kateqoriyalar