N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

Mourinyo "Benfika" nın baş məşqçisi olacaq

17-sentyabr-2025
Turan Hüseynli
Mourinyo "Benfika" nın baş məşqçisi olacaq
Yazı Ölçüsü:

Joze Maurinyonun Portuqaliyanın "Benfika" klubunun baş məşqçisi olacaq.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, bu qərar ötən gün adıçəkilən klubun 2:3 hesabı ilə "Qarabağ"a uduzmasından sonra verilib.

Qeyd edək ki, Joze Mourinyo “Fənərbaxça”dan Çempionlar Liqasının pley-off mərhələsində “Benfika”ya uduzduqdan sonra qovulmuşdu.

Məlumata görə, “Qarabağ”la ÇL-in qrup mərhələsinin ilk turundakı məğlubiyyətdən sonra “Benfika” rəhbərliyi əsəblərinə hakim ola bilməyib.

Lissabon təmsilçisi “Qarabağ”a 2:3 hesabı ilə uduzduqdan sonra baş məşqçi Bruno Lajeni istefaya göndərib. Bundan öncə isə “Santa-Klara” ilə çempionatda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Görünür, klub rəhbərliyi düşünür ki, hazırkı məşqçi ilə “Benfika” nə “Portu”nu, nə də “Sportinq”i keçə biləcək. Üstəlik, Çempionlar Liqasına da uğursuz start verilib.

Klub prezidenti Rui Koşta deyib:
“Biz artıq Bruno Laje ilə razılaşmaya gəldik və bu gündən etibarən o, “Benfika”nın baş məşqçisi deyil. Onun klub üçün gördüyü bütün işlərə, göstərdiyi sadiqliyə görə təşəkkür edirəm. Amma təəssüf ki, dəyişiklik vaxtıdır. Yeni məşqçi ilə bağlı ümid edirəm ki, şənbə günü artıq təlim meydanında yeni çalışdırıcımız olacaq”.

Əgər təyinat rəsmiləşsə, Mourinyonu Çempionlar Liqasında dərhal möhtəşəm oyunlar gözləyir. İkinci turda “Benfika” səfərdə Mourinyonun keçmiş klubu “Çelsi” ilə qarşılaşacaq. 2026-cı ilin yanvarında isə lissabonlular doğma meydanda başqa bir keçmiş klubu – “Real Madrid”i qəbul edəcək.

Beləliklə, Mourinyo iki sabiq komandasına qarşı qələbə qazanmaq şansı əldə edəcək. Bundan əlavə, “Benfika” eyni mərhələdə “Nyukasl”, “Bayer”, “Ayaks”, “Napoli” və “Yuventus”la da üz-üzə gələcək. Bir sözlə Jozenin çox çətin təqvimi olacaq.

Xatırladaq ki, Joze Maurinyo 25 öncə də "Benfika"da çalışıb.

O, 2000-ci ildə komandanı qəbul edən portuqaliyalı 10 oyun keçirmişdi. Ondan əvvəl o, yalnız köməkçi və ya gənclər komandalarında baş məşqçi kimi çalışmışdı. “Benfika”ya Yuup Haynkesin yerinə gələn Joze klub rəhbərliyi ilə mübahisə edərək müqaviləsinin uzadılmamasına görə istefa vermişdi. Maraqlıdır ki, Mourinyo o vaxt “Benfika”ya Lui van Qalı və Bobbi Robsonu dəvət etmişdi ki, onların köməkçisi olsun. Amma hər iki məşqçi bu təklifdən imtina etmişdi.

Kateqoriyalar