6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

Qurban Qurbanov: “Çox yaxşı oyunla qələbə qazandıq”

17-sentyabr-2025
Qurban Qurbanov: “Çox yaxşı oyunla qələbə qazandıq”
Yazı Ölçüsü:
Çempionlar Liqasının Liqa mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Benfika” (Portuqaliya) - “Qarabağ” matçının (2:3) ardından "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fikirlərini açıqlayıb.
"PostMedia" xəbər verir ki, təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında qarşılaşmanı belə dəyərləndirib:
“İlk növbədə futbolçularımı təbrik edirəm. Çox yaxşı oyunla qələbə qazandıq. Bu gün məğlub da ola bilərdik. Çünki matçın əvvəllərində iki top fərqi ilə geri düşmüşdük. Oyunu çevirmək heç də asan deyildi. Ancaq futbolçularda inam, mübarizədən qopmamaq və vurduğumuz ilk qol bizə qalibiyyət əldə etməyə kömək oldu. Bu, həm bizim klubun, həm də Azərbaycan futbolunun tarixində Çempionlar Liqasında ilk qələbədir. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm”.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031