6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

Mbappe: "Fransa DÇ-2026-da böyük hədəflər qoyub"

14-aprel-2026
Mbappe: "Fransa DÇ-2026-da böyük hədəflər qoyub"
Yazı Ölçüsü:

Kilian Mbappe bildirib ki, Fransa milli komandası 2026-cı ildə keçiriləcək dünya çempionatında yüksək nəticə əldə etməyi hədəfləyir.

"PostMedia"nın məlumatına görə, Fransa yığmasının və "Real Madrid" klubunun hücumçusu iyun–iyul aylarında ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında komandasının ambisiyalarından danışıb.

“Dünya çempionatı xüsusi bir məqamdır. Qələbə birgə səylər, əzm, qətiyyət və komanda ruhu sayəsində qazanılır. Bizim böyük ambisiyalarımız var, amma eyni zamanda təvazökarıq, çünki futbolda heç nə zəmanətli deyil”, – deyə Mbappenin sözlərini Mundo Deportivo sitat gətirib.

Dünya çempionatının qrup mərhələsində Fransa millisinin rəqibləri Seneqal, İraq və Norveç olacaq. ⚽

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031