6°C Bakı
1$ = 1.70₼
Futbol

“Qızıl top”un favoritlərinin ilk onluğu açıqlanıb

09-aprel-2026
“Qızıl top”un favoritlərinin ilk onluğu açıqlanıb
Yazı Ölçüsü:

Goal.com saytı 2026-cı il üçün "Ballon d'Or" mükafatının əsas favoritlərinin siyahısını təqdim edib.

"PostMedia" xəbər verir ki, siyahıya Almaniya çempionu "Bavariya" klubunun ingilis hücumçusu Harri Keyn başçılıq edir.

İkinci yerdə isə İspaniya çempionatının ikincisi "Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappe qərarlaşıb.

2026-cı il “Qızıl top” mükafatının favoritlərinin ilk onluğu belədir:

  1. Harri Keyn – “Bavariya”

  2. Kilian Mbappe – “Real Madrid”

  3. Maykl Olise – “Bavariya”

  4. Lamin Yamal – “Barselona”

  5. Luis Dias – “Bavariya”

  6. Erling Holand – “Mançester Siti”

  7. Xulian Alvares – “Atletiko Madrid”

  8. Deklan Rays – “Arsenal”

  9. Vitinya – PSJ

  10. Vinisius Junior – “Real Madrid”

Siyahı futbolçuların mövsüm ərzində göstərdikləri oyun, statistik göstəricilər və komandalarının nəticələri nəzərə alınaraq hazırlanıb.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031