N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Ölüm

Tbilisidə yerləşən Penitensiar müəssisənin keçmiş direktoru ölü tapılıb

08-oktyabr-2025
Admin
Tbilisidə yerləşən Penitensiar müəssisənin keçmiş direktoru ölü tapılıb
Yazı Ölçüsü:

Tbilisidə yerləşən 8 nömrəli Penitensiar Müəssisənin keçmiş direktoru Davit Gogoberişvili ölü vəziyyətdə tapılıb.

"PostMedia" Gürcü mediasına istinadən xəbər verir ki, hadisə Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi (özünü öldürməyə təhrik etmə) üzrə araşdırılır. Gogoberişvili avtomobil qarajında odlu silahdan xəsarət almış vəziyyətdə aşkarlanıb. Bir neçə ay əvvəl o və müavini Qiqa Kemoklidzi vəzifələrini tərk etmişdilər.

Məlumata görə, hadisə keçmiş biznes ortağı və həbs olunan Qiorgi Baçiashvili ilə baş vermiş qarşıdurma ilə əlaqələndirilir. Baçiashvili Gldani həbsxanasından yaydığı məktubda ona qarşı fiziki zorakılıq göstərildiyini bildirib. O, 8 iyulda müəssisə rəhbəri tərəfindən bütün bank hesabları və kriptovalyuta əməliyyatlarını açmağa məcbur edildiyini qeyd edib. 11 iyul axşamı isə kameraya naməlum şəxs daxil olaraq ona fiziki zor tətbiq edib.

Penitensiar Xidmətin açıqlamasına görə, bu hadisədən sonra Gogoberişvili və direktor müavini Kemoklidzi vəzifələrindən istefa veriblər. Hadisə Gürcüstanda geniş müzakirələrə səbəb olub və hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Kateqoriyalar