N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Ölüm

Sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib

03-oktyabr-2025
Admin
Sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib
Yazı Ölçüsü:

Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib.

PostMedia” “Report”a istinadən xəbər verir ki, o, bu gün 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib.

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, sabiq səhiyyə naziri Oqtay Şirəliyev ilə əlaqədar oktyabrın 3-ü saat 17:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub:

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən sabiq nazirin həkiməqədər ölüm faktı qeydə alınıb".

Xatırladaq ki, Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub. 1967-1973-cü illər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu "Müalicə işi" ixtisası üzrə bitirib. Bir sıra xəstəxanalarda və vəzifələrdə çalışan O.Şirəliyev Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci il oktyabrın 20-də səhiyyə naziri təyin olunub, 2021-ci il aprelin 23-dək bu postda çalışıb.

O, 2015-ci il avqustun 12-də səhiyyənin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.

Kateqoriyalar