6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial təminat

Metropoliten teleaparıcının iddiasını cavab verdi: “Bu vəzifəyə namizəd tapılmadı”

03-dekabr-2025
Metropoliten teleaparıcının iddiasını cavab verdi: “Bu vəzifəyə namizəd tapılmadı”
Yazı Ölçüsü:

"Bakı Metropoliteni" QSC tanınmış teleaparıcı Nərmin Salmanovanın əməkhaqqı ilə bağlı iddialarına cavab verib. "PostMedia"nın sorğusuna cavab olaraq qurumdan bildirilib ki, namizədlər həmin vəzifə üzrə vakansiya tələblərinə uyğun olmayıblar:

"Sözügedən vəzifə üzrə "Bakı Metropoliteni"ndə bir sıra namizədlər müsahibəyə dəvət olunub, görüşlər keçirilib. Qeyd edək ki, "Bakı Metropoliteni"ndə vakant vəzifələrə işə qəbul prosesi ədalətli, şəffaf və bütün namizədlər üçün bərabər imkanlar şəraitində aparılır.

Məlumat üçün onu da bildirək ki, sözügedən vəzifə üzrə işə qəbul prosesi vakansiya tələblərinə uyğun namizəd olmaması səbəbindən hazırda dayandırılıb".

Xatırladaq ki, qurumun mətbuat katibi təyin olunduğu deyilən və qısa müddət sonra isə bu işdən ayrıldığı bildirlən teleaparıcı Nərmin Salmanova öz "Facebook" hesabında açıqlama yayaraq bildirmişdi ki, "Bakı Metropoliteni" ilə yollarının ayrılmasına səbəb əvvəlcədən razılaşdırılmış əməkhaqqı şərtlərində dəyişiklik edilməsi olub.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031