ABŞ-nin məşhur tibb mərkəzi olan Mayo klinikasının alimləri müəyyən ediblər ki, süd vəzi xərçənginin bəzi növləri müasir müalicələrə cavab vermir, çünki bu şişlərdə HER2 zülalının qısaldılmış forması – p95HER2 mövcuddur. Bu zülal forması şişin daxilində dərmanların təsir etmədiyi “qoruyucu mühit” yaradır. "PostMedia" xəbər verir ki, tədqiqatın nəticələri Nature Cancer jurnalında dərc olunub.
p95HER2 zülalı HER2-müsbət süd vəzi xərçənginin bəzi formalarında rast gəlinir; bu tip xərçəng ümumi halların təxminən 15–20%-ni təşkil edir. HER2 zülalı normalda hüceyrələrin böyüməsini və bölünməsini tənzimləyir, lakin onun artıqlığı şişin sürətlə böyüməsinə səbəb olur.
Alimlər müəyyən ediblər ki, p95HER2 siqnal ötürməsini adi HER2-dən fərqli şəkildə həyata keçirir və bu fərqlər T-DXd adlı dərmanın təsirinə mane olur. Lakin təcrübələr göstərib ki, neratinib dərmanı p95HER2-ni neytrallaşdıra və xərçəng hüceyrələrində tam şəkildə məhv edə bilir.
Növbəti mərhələdə tədqiqatçılar neratinib və T-DXd dərmanlarının birgə təsirini erkən mərhələli HER2-müsbət süd vəzi xərçəngi olan pasiyentlər üzərində sınaqdan keçirməyi planlaşdırırlar. Məqsəd – bu kombinasiyanın həm HER2, həm də p95HER2 ifadə edən şişlərə qarşı daha güclü təsir göstərib-göstərmədiyini müəyyən etməkdir.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
| « İyul 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 | ||
