6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Putin Hindistana gedir

10-noyabr-2025
Putin Hindistana gedir
Yazı Ölçüsü:

Vladimir Putinin 2025-ci ilin sonunda Hindistana səfəri təşkil olunacaq.

"PostMedia" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Kremlin sözçüsü vurğulayıb ki, səfərin məzmunlu və məhsuldar olması gözlənilir.

“Biz hazırda Putinin bu il sonuna nəzərdə tutulmuş Hindistan səfərinə fəal şəkildə hazırlıq görürük. Ümid edirik ki, səfər dolğun və faydalı olacaq".

Hindistan əmək bazarının hərəkətliliyi ilə bağlı Rusiya-Hindistan razılaşmasının mümkün imzalanmasına dair "The Economic Times" qəzetində yayılan xəbərə münasibət bildirən sözçü hər hansı detalları açıqlamaqdan imtina edib.

“Bu razılaşmanın məzmunu və sənədi ilə bağlı tələsmirik. Planlaşdırdığımız bütün razılaşmalar barədə zamanında məlumat verəcəyik,” – deyə Kremlin rəsmi nümayəndəsi əlavə edib.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930