6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

ABŞ səfiri Fars körfəzindəki ərəb ölkələrini İsrail və İran arasındakı qarşıdurmada “bir tərəfi seçməyə” çağırıb

13-may-2026
ABŞ səfiri Fars körfəzindəki ərəb ölkələrini İsrail və İran arasındakı qarşıdurmada “bir tərəfi seçməyə” çağırıb
Yazı Ölçüsü:

Mayk Hakkabi Fars körfəzindəki ərəb ölkələrini İsrail və İran arasındakı qarşıdurmada “bir tərəfi seçməyə” çağırıb.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, o, Təl Əvivdə keçirilən konfransda çıxışı zamanı bildirib ki, müharibə İsraillə münasibətlərin normallaşdırılmasının üstünlüklərini göstərib.

“Bir tərəfi seçin. Hansı tərəfi seçəcəksiniz?” - deyə Hakkabi bildirib. Onun sözlərinə görə, Körfəz ölkələri artıq seçim etməli olduqlarını anlayırlar.

“İranın onlara hücum etmə ehtimalı nə qədərdir və İsrailin hücum etmə ehtimalı nə qədərdir? Düşünürəm ki, onlar dönüb deyə bilərlər: İsrail bizə kömək etdi, İran isə bizə hücum etdi”, - deyə səfir vurğulayıb.

Hakkabi əlavə edib ki, İsrail Körfəz ölkələrinin “təbii düşməni deyil”.

“İsrail sizi məhv etməyə çalışmır. İsrail sizin torpaqlarınızı ələ keçirmək istəmir. O, sizin mülki ərazilərinizə raket atmır. Bunu kim edir? Bunu İran edir”, - deyə o qeyd edib.

ABŞ diplomat xüsusilə Birləşmiş Ərəb Əmirliklərini nümunə göstərərək bildirib ki, İsraillə əməkdaşlıq çətin dövrdə fayda verə bilər.

“İsrail onlara yeni ‘Dəmir Günbəz’ sistemlərinin batareyalarını və onların idarə olunması üçün heyət göndərib”, - deyə Hakkabi bildirib.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031