6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Bu ilin sonuna kimi bir neçə iri bankın "açıq bankçılığ"a qoşulması planlaşdırılır

14-may-2026
Bu ilin sonuna kimi bir neçə iri bankın "açıq bankçılığ"a qoşulması planlaşdırılır
Yazı Ölçüsü:

2026-cı ilin sonuna kimi bir neçə iri bankın "açıq bankçılığ"a qoşulması planlaşdırılır.
"PostMedia" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Texnologiyaları və İnnovasiyalar departamentinin açıq bankçılıq üzrə mütəxəssisi Elmar Didəkənan deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda ilk olaraq "Hesab üzrə məlumat xidməti" inteqrasiya olunub: "İndiki mərhələdə isə banklarla aktiv şəkildə "Ödəniş əməliyyatlarının aparılması" komponenti inteqrasiya olunur."
O qeyd edib ki, açıq bankçılığın özü iki əsas komponentdən ibarətdir:
"​Hesab üzrə məlumat xidməti (Account Information Service): Birinci komponentdə vətəndaş yalnız məlumatları görə bilir. Məsələn, hesab edin ki, bir bankda 10 dənə hesabınız var, lakin siz digər bir maliyyə tətbiqindən istifadə edirsiz. Siz həmin tətbiqə digər bankdakı hesablarınızın hamısını və ya bir qismini əlavə edə bilərsiz. Hazırda Azərbaycanda bu müddət 30 gündən 90 günə kimidir. Beynəlxalq standartda maksimum 90 gün olduğu üçün bizdə də belədir, lakin gələcəkdə uzadıla bilər.
​Ödəniş əməliyyatlarının başladılması üzrə vasitəçilik xidməti: Bu komponent isə ikinci hissədir və imkan verir ki, siz həmin əlavə edilmiş hesablar üzərindən hər hansı bir əməliyyat aparasınız”.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031