Iran bəyan edib ki, artıq ABŞ silahlarının Hörmüz boğazı vasitəsilə bölgədəki hərbi bazalara daşınmasına icazə verilməyəcək və boğaz İran silahlı qüvvələrinin “tam koordinasiyalı strateji nəzarəti” altındadır.
"PostMedia" xəbər veirr ki, İran ordusunun rəsmi nümayəndəsi, briqada generalı Məhəmməd Əkrəminiyanın sözlərinə görə, bundan sonra Amerika silahlarının Hormuz boğazından keçərək regional bazalara çatdırılmasına yol verilməyəcək.
O bildirib ki, boğazdan istifadə etmək istəyən istənilən ölkə bunu İran silahlı qüvvələrinin nəzarəti altında və “sülh yolu ilə keçid” qaydalarına uyğun həyata keçirməlidir.
Əkrəminiyanın açıqlamasına görə, boğazın qərb hissəsi İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin, şərq hissəsi isə İran ordusunun Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir.
General iddia edib ki, boğaza nəzarət ölkəyə neft satışından əldə olunan gəlirlərdən “iki dəfə çox” qazanc gətirə bilər.
O həmçinin bildirib ki, son müharibə zamanı qarşı tərəfin bütün məqsədləri — o cümlədən İranın raket və nüvə potensialının məhv edilməsi, ölkənin parçalanması və siyasi sistemin devrilməsi — uğursuz olub.
Əkrəminiya əlavə edib ki, İranın hərbi doktrinası artıq müdafiədən hücum xarakterinə keçib.
“Şahı ölkədən qovan birinci inqilabdan və Amerikanı İrandan çıxaran ikinci inqilabdan հետո bu gün Amerikanı bütün regiondan qovacağıq. Onun burada mövcudluğu birdəfəlik sona çatacaq”, — deyə o vurğulayıb.