6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Çin İranla qarşıdurmanı öz danışıqlar mövqelərini gücləndirən amil kimi qiymətləndirir

13-may-2026
Çin İranla qarşıdurmanı öz danışıqlar mövqelərini gücləndirən amil kimi qiymətləndirir
Yazı Ölçüsü:

Çin rəhbərliyi İran ətrafında aylarla davam edən qarşıdurmanı öz danışıqlar mövqelərini gücləndirən amil kimi qiymətləndirir.

"PostMedia" xəbə vei ki, bu barədə CNN məlumat paylaşıb.

Məlumata görə, müharibə ABŞ Prezidenti Donald Trampın planlaşdırdığı ssenari üzrə inkişaf etməyib. ABŞ hərbi gücünün nümayişi əvəzinə qarşıdurma dünya iqtisadiyyatı üçün ağır nəticələr doğuran, cəmiyyətdə dəstək qazanmayan və həlli çətin görünən bir münaqişəyə çevrilib.

CNN-in mənbələri bildirirlər ki, bu vəziyyət Pekinə Vaşinqtonla danışıqlarda üstünlük əldə etmək üçün nadir imkan yaradıb. Onların fikrincə, Tramp ABŞ-də keçiriləcək aralıq seçkilər ərəfəsində seçicilərə konkret uğurlar təqdim etməkdə maraqlıdır. Xüsusilə, Çinin Amerika kənd təsərrüfatı məhsulları və "Boeing" təyyarələrini genişmiqyaslı şəkildə alması buna misal göstərilir.

Mənbələrin sözlərinə görə, Pekin öz böyük daxili bazarından və nadir metalların tədarük zəncirindəki dominant mövqeyindən istifadə edərək bir sıra tələblərin qəbuluna nail olmağa çalışır:

— ABŞ Tayvanın müstəqilliyini “dəstəkləmirik” ifadəsi əvəzinə rəsmi şəkildə “qəbul etmirik” kimi qiymətləndirməlidir;
— yüksək texnologiyalı məhsulların Çinə ixracına qoyulan məhdudiyyətlər yumşaldılmalıdır;
— Çin şirkətləri Amerika sanksiya siyahılarından çıxarılmalıdır.

CNN qeyd edir ki, Pekin Si Cipinin ilə Tramp arasında keçiriləcək mümkün sammiti ABŞ ilə daha sabit və uzunmüddətli münasibətlər qurmaq üçün mühüm fürsət hesab edir.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031