Xarici təşkilatlar, o cümlədən "PayPal" tələblərə cavab verdiyi təqdirdə "Açıq bankçılığı qoşula bilərlər.
"PostMedia" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Texnologiyaları və İnnovasiyalar departamentinin açıq bankçılıq üzrə mütəxəssisi Elmar Didəkənan deyib.
Onun sözlərinə görə, təbii olaraq, digər təşkilatlar da və xarici ölkələrdə olan yerli bankların filialları da əgər Mərkəzi Bankın tələblərinə cavab versələr, gəlib Mərkəzi Bankdan bu lisenziyanı alsa, təbii ki, qoşula bilər açıq bankçılığa, orada bir problem yoxdur: "Bir də açıq bankçılıqda hesab üzrə məlumat xidməti var. Hər hansı bir xarici təşkilat qoşulmaq istəsə, lisenziyadan əlavə qeydiyyatdan keçsə kifayət eləyir. Yəni lisenziyası olmasa belə Mərkəzi Bankdan qeydiyyatdan keçməklə bu xidməti göstərə bilər. Və digər xarici olan təşkilatlar da hamısı, PayPal kimi və ya digər hansısa bir təşkilat, əgər Mərkəzi Bankın tələblərinə cavab verərlərsə qoşula bilərlər.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
