Bu il iyunun 16-19-da Bakıda baş tutacaq İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısının keçirilməsinə 6,980 milyon manat xərclənəcək
”PostMedia” əbər verir ki, işlərin sifarişçisi İqtisadiyyat Nazirliyinin “Tikinti-Təchizat Birliyi" MMC-dir.
Məlumata görə, işləri "Tam Global Advisory" MMC həyata keçirəcək.
Qeyd edək ki, Azərbaycan bu tədbirə ikinci dəfə ev sahibliyi edəcək.
İlk dəfə toplantı 2010-cu ildə Bakıda təşkil olunmuşdu. Toplantının əsas mövzusu “Dayanıqlı rifah naminə regional inteqrasiya” elan olunub. Tədbirdə maliyyə və iqtisadiyyat nazirləri, mərkəzi bank rəhbərləri, beynəlxalq maliyyə institutlarının nümayəndələri və özəl sektor təmsilçiləri daxil olmaqla 2 000-dən çox iştirakçının qatılması gözlənilir.
Azərbaycanın toplantıya ev sahibliyi etməsi barədə qərar 2025-ci ildə Əlcəzairdə keçirilən İllik Toplantıda rəsmən elan olunub.
Həmin vaxt iqtisadiyyat naziri Mikayıl Cabbarov İİB Qrupunun Müdirlər Şurasının sədri seçilib.
Xatırladaq ki, "Tam Global Advisory"nın nizamnamə kapitalı 1 min manat, qanuni təmsilçisi isə Tatyana Mikayılovadır.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
