Azərbaycanda banklar müştərilərinə daha fərdiləşdirilmiş kredit təklif edə biləcəklər.
"PostMedia" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Texnologiyaları və İnnovasiyalar departamentinin açıq bankçılıq üzrə mütəxəssisi Elmar Didəkənan deyib.
Onun sözlərinə görə, əvvəlki vaxtda "Açıq Bankçılıq" olmayanda, siz yalnız hesabınız hansı tətbiqdədirsə, ancaq həmin tətbiqdəki olan hesablarınız üzrə məlumatları görə bilirdiniz:
"Açıq Bankçılıq olanda isə siz digər bütün banklardakı olan hesablarınızı da əlavə eləməklə, ümumi olaraq bütün hesablarınızın finans-məlumatlarını görə bilirsiniz.
Təşkilat üçün ikinci əsas dəyər odur ki, həmin bu məlumatları istifadə eləyərək müştəri üçün fərdiləşmiş hansısa bir məlumat təklif edə bilir. Məsələn, nümunə olaraq desək, indiki halda əgər sizə hansısa bank təklif eləyə bilərdi ki, biz sizə 20 minə qədər kredit ayırıb veririk. Məsələn: Bu bütün adamlara şamil olunurdu — şərti olaraq 500 manat maaş alana da, 5000 manat əməkhaqqı alana da. İndiki vaxtda isə bank sizin dəqiq gəlirlərinizi görəndə, sırf sizə aid olan fərdiləşmiş hansısa məlumat təklif edə bilər ki, şəxsən sizə bu qədər məbləğ düşür”.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
