Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya Departamentinin müdiri Mayis Musayev vəzifəsindən azad edilib.
”PostMedia” xəbər verir ki, bu barədə o özü məlumat verib:
Dövlət Məşğulluq Agentliyindəki fəaliyyətim bu gün etibarilə yekunlaşdı.
Vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi kimi strateji və məsuliyyətli bir missiyanın parçası olmaq mənim üçün sadəcə bir iş deyil, böyük bir qürur və şərəf idi. Bu müddət ərzində dövlətə və vətəndaşa xidmət etməyin məsuliyyətini və gözəlliyini dərindən hiss etdim.
Xüsusilə Kommunikasiya departamentindəki peşəkar komandama, hər bir həmkarıma göstərdikləri dəstək, paylaşılan bilik və birgə imza atdığımız uğurlu layihələr üçün sonsuz təşəkkürlərimi bildirirəm.
Bu müddət ərzində əməkdaşlıq etdiyimiz bütün tərəfdaşlara, mediadakı dostlarımıza təşəkkür edirəm.
Məkanlar və vəzifələr fərqli olsa da, dövlətimizə və vətəndaşımıza xidmət missiyası ömürlükdür. İndi isə yeni hədəflərə və yeni çağırışlara doğru irəliləmək zamanıdır!”
Xatırladaq ki, M.Musayev, 2021-ci ildən DMA-nın Kommunikasiya Departamentinə rəhbərlik edirdi.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
