6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

NATO hava hücumundan müdafiəni gücləndirmək istəyir

13-may-2026
NATO hava hücumundan müdafiəni gücləndirmək istəyir
Yazı Ölçüsü:

NATO-da bildirilib ki, Rusiyanın alyansın şərq cinahına daxil olan ölkələrin hava məkanını vaxtaşırı pozması raket və pilotsuz uçuş aparatlarına qarşı hava hücumundan müdafiə sistemlərinin təcili şəkildə gücləndirilməsinin vacibliyini göstərir.

"PostMedia" xəbər verir ki, bu barədə çərşənbə günü alyansın 14 üzv ölkəsinin liderləri bəyanat yayıblar.

Buxarestdə keçirilən şərq cinahı ölkələrinin görüşündən sonra yayılan birgə bəyanatda tərəflər müdafiə sənayesi potensialının gücləndirilməsi üçün daha sıx əməkdaşlığa çağırış ediblər.

Görüşdə Nicușor Dan və Karol Navroki iştirak ediblər.

“Biz Rusiyanın müttəfiq və tərəfdaş ölkələrə qarşı həyata keçirdiyi son dərəcə qarşıdurma xarakterli addımları, o cümlədən sabotaj, kibercinayətlər, habelə genişmiqyaslı hibrid hücum və destabilizasiya fəaliyyətlərini qınayırıq”, - deyə birgə bəyanatda qeyd olunub.

Sənəddə vurğulanıb ki, şərq cinahında hava məkanının mütəmadi pozulması NATO-nun hava və raketdən müdafiə sistemlərinin, xüsusilə də pilotsuz uçuş aparatlarından qaynaqlanan təhdidlərə qarşı imkanlarının daha da gücləndirilməsini zəruri edir.

Bir günlük görüşdə Volodimir Zelenski, NATO-nun baş katibi Mark Rutte və ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Tomas DiNanno da iştirak edib.

İyul ayında Ankarada keçiriləcək NATO sammiti ərəfəsində baş tutan görüşün məqsədi ABŞ prezidenti Donald Trump ilə Avropa arasında İran böhranı ilə bağlı artan fikir ayrılıqlarını aradan qaldırmaq yollarını tapmaq olub.

Bəyanatda qeyd edilib ki, transatlantik müdafiə-sənaye bazasının genişləndirilməsi, istehsal güclərinin artırılması, təchizat zəncirinin dayanıqlığının gücləndirilməsi və çoxmillətli satınalma mexanizmlərinin inkişafı müasir təhlükəsizlik çağırışlarına cavab vermək üçün həlledici əhəmiyyət daşıyır.

Sənəd NATO-nun Mərkəzi və Şərqi Avropadan olan doqquz üzvünü - 2014-cü ildə Buxarestdə yaradılmış qrupa Bolqarıstan, Çex Respublikası birləşdirən “B9 qrupu” tərəfindən imzalanıb.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031