6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

“Açıq bankçılıq” üzrə komissiya nə qədər olacaq?

14-may-2026
“Açıq bankçılıq” üzrə komissiya nə qədər olacaq?
Yazı Ölçüsü:

"Açıq Bankçılıq" üzrə komissiyanı banklar özləri müəyyənləşdirəcək.
"PostMedia" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Texnologiyaları və İnnovasiyalar departamentinin açıq bankçılıq üzrə mütəxəssisi Elmar Didəkənan deyib.

Onun sözlərinə görə, komissiya haqqının tutulması, sırf banka aid olan bir biznes tələbdir: "Daha doğrusu, tələb yox, istək. Hər hansı bank ola bilər ki, bu komissiyaları ümumiyyətlə tətbiq eləməsin. Müəyyən banklar var ki, komissiya tətbiq eləyirlər. O halda Mərkəzi Bank hər hansı bir maliyyə subyektinin biznesinə qadağa qoymağı və ya limitləməyi nəzərdə tutmayıbdır. Lakin bir şeyi deyə bilərik ki, hesablar üzərindən köçürmə olanda, qeyd elədiyim kimi, xərclər daha az olur və düşünürəm ki, banklar bu məsələni nəzərə alıb daha sərfəli şərtlərlə köçürmələri icra eləyə bilərlər."
O qeyd edib ki, nə qədər tətbiq eləyəcəksə, o bankların öz səlahiyyətində olan bir şeydir və Mərkəzi Bank bu barədə heç bir bankı limitləmir ki, sən hansısa bank ümumiyyətlə komissiya qoyma və ya hansısa banka deyə bilmirik sən maksimum 20% komissiya qoy. Bəzi hallarda olur ki, məsələn, kredit kartlarından köçürmə olsa, bütün banklarda komissiya var. Burda da açıq bankçılıq çərçivəsində köçürmə olsa kredit kartından, belə bir köçürmə olsa, yenə komissiya tətbiq olunacaq.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031