"Açıq Bankçılıq" üzrə maksimum köçürmə limiti 40 min manat olması nəzərdə tutulur.
"PostMedia" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Texnologiyaları və İnnovasiyalar departamentinin açıq bankçılıq üzrə mütəxəssisi Elmar Didəkənan deyib.
Onun sözlərinə görə, bu məsələdə Mərkəzi Bankın tələbi odur ki, köçürmələr Ani Ödənişlər Sistemi (AÖS) üzərindən olacaq: "Mərkəzi Bankın şərtləri ilə bu kanal üzərindən maksimum limit köçürmə üzrə 40 min manatdır: "Lakin bu o demək deyil ki, hər bir vətəndaş 40 min manat köçürdə bilər. Banklar öz risk iştahlarına əsasən fərqli-fərqli limit məbləğləri təyin eləyə bilirlər. Ona görə bu, hər bir bankın öz risk iştahına əsasən dəyişə bilir. Məsələn, hansısa bank ola bilər ki, şərti olaraq 5 min manata icazə verir, hansısa bank şərti olaraq icazə verir ki, 10 min manat köçürdə bilsin”.
O qeyd edib ki, Köçürməni siz digər vətəndaşın FİN kodunu yazmaqla köçürdə bilərsiz, digər vətəndaşın mobil nömrəsini yazmaqla köçürdə bilərsiz və ya IBAN strukturlu olan hesabın IBAN-ını əllə əlavə edib köçürdə bilərsiz.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
