6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

ABŞ nümayəndə heyəti TRIPP layihəsini müzakirə etmək üçün Ermənistana gedib

12-may-2026
ABŞ nümayəndə heyəti TRIPP layihəsini müzakirə etmək üçün Ermənistana gedib
Yazı Ölçüsü:
ABŞ nümayəndə heyəti "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsinin həyata keçirilməsini müzakirə etmək üçün Ermənistana gedib.
"PostMedia" xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, çərşənbə axşamı Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan Dövlət Departamenti və İnkişaf Maliyyə Korporasiyasının nümayəndələrinin də daxil olduğu nümayəndə heyətinin üzvləri ilə görüşüb.
Tərəflər TRIPP-in həyata keçirilməsi ilə bağlı bir sıra əməliyyat və hüquqi məsələləri müzakirə edib və razılığa gəliblər.
Qriqoryan həmçinin Ermənistanın "Sülh Yollarının Kəsişməsi" təşəbbüsü barədə danışaraq regiondakı bütün kommunikasiyaların açılmasının vacibliyini vurğulayıb.
TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsi Ermənistanın Sünik vilayətindən keçən strateji tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur. Onun yalnız Ermənistan yurisdiksiyası daxilində fəaliyyət göstərəcəyi və ölkənin suverenliyinə təsir göstərməyəcəyi vurğulanır.
Təşəbbüs iqtisadi xarakter daşıyır və dəmir yolu, avtomobil yolu, neft kəməri, qaz kəməri və fiber-optik rabitə xətlərinin tikintisini əhatə edir. Amerika şirkəti layihəni Ermənistan qanunvericiliyinə uyğun olaraq, hərbi komponent olmadan həyata keçirəcək. Plana əsasən, ABŞ layihəni 99 ilə qədər həyata keçirmək üçün eksklüziv hüquqlar əldə edəcək və ayrı-ayrı hissələri infrastrukturun inkişafı və təhlükəsiz istismarı üçün məsul olan beynəlxalq konsorsiuma subicarəyə vermək seçimi olacaq.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930