6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

"Euronews": "İlham Əliyev Ermənistanla sülhə imza atmaq niyyətinə sadiqdir"

12-may-2026
"Euronews": "İlham Əliyev Ermənistanla sülhə imza atmaq niyyətinə sadiqdir"
Yazı Ölçüsü:

"Euronews" nəşri Ermənistan Baş naziri Nikol Paşinyan haqqında material hazırlayıb.

"PostMedia" xəbər verir ki, materialda bir sıra məsələlərə o cümlədən Ermənistanda keçiriləcək seçkilər, Azərbaycan-Ermənistan münasibətlərinə toxunulub.

Kanal yazır ki, Paşinyanın “Qarabağ Ermənistanın ərazisi deyil” açıqlaması və Qarabağ hərəkatını “taleyüklü səhv” adlandırması həm Ermənistan daxilində, həm də diasporada ciddi rezonans doğurub və onilliklər boyu Qarabağ mövzusu ətrafında formalaşmış milli narrativi faktiki olaraq sarsıdıb.

Məqalədə qeyd olunur ki, hazırda İrəvan Azərbaycanla sülh qurmağa çalışır və eyni zamanda Avropa İttifaqına inteqrasiya istiqamətində qəti addımlar atır.

"Euronews" vurğulayır ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanda seçkiöncəsi dövrdə anti-Azərbaycan qüvvələrinin fəallaşa biləcəyi ilə bağlı xəbərdarlıq edib. Bununla yanaşı, o bildirib ki, Bakı keçmiş rəqibi ilə sülhə imza atmaq niyyətinə sadiqdir.

Azərbaycan prezidenti həmçinin “bəzi xarici liderləri” tənqid edərək deyib ki, onlar indi “saxta qəhrəman” rolunu oynamağa çalışırlar.

“İndi iddia edirlər ki, guya Ermənistanı bizdən xilas ediblər. Bizim Ermənistanı məhv etmək və ya onu müstəqillikdən məhrum etmək niyyətimiz olmayıb”, — deyə Əliyev bildirib. O, əlavə edib ki, “Ermənistanı bizdən qorumağa ehtiyac yoxdur. Biz artıq qarşıya qoyduğumuz məqsədlərə nail olmuşuq”.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031