Danimarka hökuməti Ukraynanın yeni yaradılan mədəni irs fonduna 1,3 milyon avro ayırmağı planlaşdırır.
"PostMedia" xəbər verir ki, bu barədə məlumat Avropa İttifaqı Şurasında elan olunub və Krallığın sədrliyinin saytında yayımlanan mətbuat açıqlamasında qeyd edilib.
Vəsaitlər Ukraynada binaların, abidələrin və muzeylərin bərpasına yönəldiləcək. Maliyyə yalnız Danimarka parlamentinin təsdiqindən sonra ayrılacaq.
Qeyd edək ki, noyabrın 3-də Kopenhagendə Aİ-nin mədəniyyət nazirlərinin qeyri-rəsmi görüşü keçirilib və burada Ukrayna nümayəndələri də iştirak ediblər.
“Görüşün məqsədi digər ölkələri Danimarkanın nümunəsini izləməyə təşviq etməkdir” – deyə açıqlamada bildirilir.
Qeyd edək ki, 2022-ci ilin fevralından bəri Danimarka Kiyevə təxminən 9 milyard avro hərbi yardım və 927 milyon avrodan çox mülki yardım göstərib.