N/A°C Bakı
1$ = 1.70₼
Maliyyə-Biznes | Futbol

Tbilisidə yeni stadionun tikintisi ilə bağlı elan olunmuş Azərbaycan şirkətinin iştirak etdiyi tender dayandırılıb

25-noyabr-2025
Türkan Nəbi
Tbilisidə yeni stadionun tikintisi ilə bağlı elan olunmuş Azərbaycan şirkətinin iştirak etdiyi tender dayandırılıb
Yazı Ölçüsü:

Tbilisidə 70 min tamaşaçı tutumlu yeni futbol və reqbi stadionunun layihələndirilməsi və tikintisi üzrə elan olunmuş tender mərhələsi nəticəsiz başa çatıb.

"PostMedia" Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bunu Bələdiyyə İnkişaf Fondu açıqlayıb.

Məlumata görə, tenderdə üç şirkət Gürcüstanın “Anagi”, gürcü-azərbaycan “Makro Construction” və "İnşaatçı" MMC və Türkiyənin YDA İnşaat şirkəti iştirak edib. Lakin yalnız bir şirkət kvalifikasiya tələblərinə cavab verdiyindən və onun təklifi digərləri ilə müqayisədə daha yüksək olduğundan, komissiya prosesi yenidən qiymətləndirməyə qərar verib.

Fond bildirib ki, tender sənədlərinin və tələblərin yenidən nəzərdən keçirilməsi prosesin daha rəqabətli olmasına imkan verəcək. Təkliflər arasında ən aşağı qiyməti YDA şirkəti təqdim edib — 744,9 milyon lari. “Anagi” 850 milyon lari, “Makro Construction” və "İnşaatçı" MMC isə 789,4 milyon lari təklif edib.

Yeni stadionun tikintisinə 2026-cı ilin aprelində, Tbilisi beynəlxalq hava limanının yaxınlığında başlanması planlaşdırılır. UEFA-nın IV kateqoriyalı standartlarına uyğun olacaq arena futbol və reqbi oyunları ilə yanaşı, müxtəlif beynəlxalq tədbirlərə də ev sahibliyi edəcək. Layihəyə konfrans və sərgi məkanları, istirahət zonaları, muzey və ticarət sahələrinin yaradılması daxildir.

Gürcüstan hökuməti stadion hazır olduqdan sonra 2028 UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etmək üçün müraciət etməyi planlaşdırır.

Kateqoriyalar