6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

ABŞ İranın Çinə neft tədarükünə sanksiyalar tətbiq edib

12-may-2026
ABŞ İranın Çinə neft tədarükünə sanksiyalar tətbiq edib
Yazı Ölçüsü:

ABŞ hökuməti İran neftinin Çinə tədarükünə yardım göstərən üç fiziki şəxsə və BƏƏ, Honkonq və Omanda yerləşən doqquz şirkətə qarşı sanksiyalar tətbiq edib.

"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

ABŞ Maliyyə Nazirliyinin açıqlamasına görə, yeni məhdudiyyətlər İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Çin bazarında neft satmasına kömək edən şəxslərə qarşı yönəlib. Bildirilir ki, bu fəaliyyət nəticəsində yüz milyonlarla dollar gəlir əldə olunub.

ABŞ maliyyə naziri Skott Bessent vurğulayıb ki, Donald Tramp administrasiyası İran hökumətini və ordusunu silah alınmasına, Yaxın Şərqdəki müttəfiq qüvvələrin dəstəklənməsinə və nüvə proqramının maliyyələşdirilməsinə yönələn vəsaitlərdən məhrum etmək üçün sanksiya siyasətini davam etdirəcək.

Bundan əlavə, ABŞ Dövlət Departamenti SEPAH-ın maliyyə mexanizmlərinin üzə çıxarılmasına kömək edəcək məlumat üçün 15 milyon dollara qədər mükafat elan edib.

Vaşinqton bu addımı Trampın Pekinə planlaşdırılan səfəri ərəfəsində atıb. ABŞ prezidentinin Çin lideri Si Cinpinlə görüşdə İranla bağlı gərginliyin azaldılması və strateji əhəmiyyət daşıyan Hörmüz boğazında gəmi hərəkətinin bərpası məsələsini müzakirə edəcəyi gözlənilir. Reuters yazır ki, Ağ Ev rəhbəri Çin tərəfinə Tehrana təsir göstərməsi üçün təzyiq etməyə çalışacaq.

Eyni zamanda, CNN-in mənbələri bildirir ki, Tramp İranla aparılan danışıqlardan getdikcə daha çox narazı qalır və hərbi əməliyyatların yenidən başlanması variantına yaxınlaşır. Ağ Ev rəhbərinin xüsusilə dünya bazarına neftin təxminən 20%-nin və mayeləşdirilmiş təbii qazın 30%-nin daşındığı Hörmüz boğazının blokadaya alınmasından səbri tükənir.

CNN-in məlumatına görə, Pentaqon da İrana qarşı daha sərt mövqenin tərəfdarıdır.

Tehranın nüvə proqramı ilə bağlı müzakirələrin qeyri-müəyyən müddətə təxirə salınmasını nəzərdə tutan son təklifini Tramp “mənasız” adlandırıb.

“Bu, indiyə qədər gördüyüm ən zəif razılaşmadır. Onların bizə göndərdiyi o cəfəngiyyatı mən hətta sona qədər oxumadım”, - deyə ABŞ prezidenti bildirib.

Bununla belə, CNN mənbələri qeyd edir ki, Tramp İran məsələsi ilə bağlı yekun qərar verməyib və bu qərarın mayın 12-nə planlaşdırılan danışıqlardan əvvəl qəbul ediləcəyi gözlənilmir.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031