UEFA Çempionlar Liqasının 6-cı turunun ən yaxşı futbolçusu açıqlanıb.
"PostMedia" xəbər verir ki, London “Arsenal”ının hücumçusu Noni Madueke həftənin oyunçusu seçilib. Bu barədə məlumat UEFA-nın rəsmi saytında yer alıb.
“Arsenal” səfərdə Belçikanın “Brügge” klubunu 3:0 hesabı ilə məğlub edib. 23 yaşlı ingilis hücumçu matçda dubla imza ataraq komandasının qələbəsində əsas pay sahiblərindən biri olub.
Mükafata Madueke ilə yanaşı “Barselona”dan Jyul Kunde, “Ayaks”dan Oskar Glux və “Atalanta”nın futbolçusu Şarl de Ketelare də namizəd göstərilmişdi.
UEFA-nın qərarına əsasən, turda ən təsirli performans Maduekeye məxsus olub.