6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

“Milan” 3:2 hesabı ilə qələbə qazanıb

09-dekabr-2025
“Milan” 3:2 hesabı ilə qələbə qazanıb
Yazı Ölçüsü:

İtaliya çempionatının 14-cü turunda “Milan” səfərdə “Torino”nun qonağı olub və 3:2 hesablı iradəli qələbə qazanıb.

"PostMedia" xəbər verir ki, matçın əvvəlində Turin təmsilçisi sürətli iki qolla önə keçib. Qolları xorvatiyalı yarımmüdafiəçi Nikola Vlaşiç və kolumbiyalı hücumçu Duvan Zapata vurublar.

Birinci hissədə “Milan” hesabdakı fərqi azaltmağa nail olub – fransalı yarımmüdafiəçi Adrien Rabo özünü göstərib. İkinci hissədə isə amerikan hücumçu Kristian Pulişiç dubl etməklə oyunun taleyini dəyişib.

Bu qələbədən sonra “Milan” 31 xalla çempion “Napoli”yə çataraq turnir cədvəlinin liderliyini bölüşür. “Torino” isə 14 xalla 16-cı pillədədir.

Qollar: Nikola Vlaşiç (10, pen.), Duvan Zapata (17) – Adrien Rabo (24), Kristian Pulişiç (67, 77)

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031