İspaniya çempionatının ikincisi “Real Madrid” klubunun fransalı hücumçusu Kilian Mbappe “Selta” ilə La Liqanın 15-ci tur matçında sol əlinin barmağını qırıb.
“PostMedia” xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Məlumata görə, futbolçu barmağı qırıq vəziyyətdə oyunu davam etdirib. Real Madrid həmin görüşü 0:2 hesabı ilə uduzub.
Mbappe dekabrın 10-da keçiriləcək Çempionlar Liqasının 6-cı turunda İngiltərənin “Manchester City” komandasına qarşı matçda iştirak edə biləcək.
Cari mövsümdə Mbappe 25 oyunda iştirak edib, 30 qol vurub və 7 məhsuldar ötürmə edib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
