İngiltərənin vitse-çempionu “Arsenal” İtaliya çempionu “Napoli”nin 28 yaşlı şotland yarımmüdafiəçisi Skott Maktominini transfer etmək niyyətindədir. Bu barədə TEAMtalk məlumat yayıb.
Mənbənin məlumatına görə, “Napoli” futbolçunun transferini yalnız 80 milyon avroluq təklif olduğu halda müzakirə etməyə hazırdır. “Transfermarkt” isə Maktomininin bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir.
Maktomini cari mövsümdə “Napoli”nin heyətində 14 oyunda iştirak edib, 4 qol vurub və 1 qol ötürməsi edib.
Futbolçunun Neapol klubu ilə müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir.