6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Ölüm

ABŞ-də Azərbaycan əsilli gənc şahmatçı vəfat edib

21-oktyabr-2025
ABŞ-də Azərbaycan əsilli gənc şahmatçı vəfat edib
Yazı Ölçüsü:

Amerikalı şahmatçı Deniel Naroditski 29 yaşında vəfat edib.

"PostMedia" xəbər verir ki, onun anası azərbaycanlı, atası isə ukraynalıdır. 

Beynəlxalq Şahmat Federasiyası (FIDE) amerikalı qrossmeyster Daniel Naroditskinin xatirəsinə xüsusi mükafat təsis edəcək. Bu barədə FIDE prezidenti Arkadi Dvorkoviç məlumat verib.
Dvorkoviç Naroditskini “istedadlı qrossmeyster, fədakar şahmat təbliğatçısı və çox mehriban insan” kimi xarakterizə edib.
Qeyd edək ki, Naroditski ABŞ-ı 2015-ci ildə komanda üzrə dünya çempionatında təmsil edib, 2007-ci ildə isə 12 yaşadək şahmatçılar arasında dünya çempionu olub. O, həmçinin bir neçə şahmat kitabının müəllifi idi və 2022-ci ildən Şarlotta Şahmat Mərkəzində məşqçi kimi fəaliyyət göstəririb.
FIDE hələlik şahmatçının ölüm səbəbini açıqlamayıb.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031