Bildiyiniz kimi Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən əsgər Hüseyn Əsədov ötən gün vəfat edib.
“PostMedia” "Qafqazinfo"ya istinadən xəbər verir ki, 20 gün əvvəl hərbi xidmətə çağırılan əsgər artıq Binə qəbiristanlığında torpağa tapşırılıb.
Hüseyn Əsədovun ölüm səbəbi ilə bağlı rəsmi açıqlama verilməsə də, onun hərbi xidmət zamanı xəstəliyə tutulduğu iddia edilir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov sorğuya cavab olaraq bildirib ki, fakt üzrə cinayət işi başlanıb və hazırda istintaq aparılır. İstintaqın nəticəsindən asılı olaraq prosesual qiymət veriləcək.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
