6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

“Kapital Bank” Lökbatandakı anbarda baş verən yanğınla bağlı məlumat yaydı

12-may-2026
“Kapital Bank” Lökbatandakı anbarda baş verən yanğınla bağlı məlumat yaydı
Yazı Ölçüsü:

Məlumat üçün bildiririk ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda yanğın baş verib. Yanğının genişlənməsi nəticəsində “Birmarket”ə məxsus anbara da zərər dəyib.

PostMedia” xəbər verir ki, bu barədə “Kapital Bank” ASC-nin yaydığl açıqlamada qeyd edilir.

Hadisə ilə əlaqədar olaraq “Birmarket” məhsullarının yerləşdiyi anbar sahəsinin fəaliyyəti müvəqqəti dayandırılıb.

Hadisə zamanı əməkdaşlarımıza fiziki zərər dəyməyib. Hazırda zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.

Məlumat üçün bildiririk ki, bu səbəbdən də müştərilərin aktiv sifarişlərinin çatdırılmasında gecikmələr, yeni sifarişlərin qəbulunda isə çətinliklər yaşana bilər.

Qeyd edək ki, hazırda aidiyyəti qurumlar tərəfindən yanğınla mübarizə tədbirləri davam etdirilir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930