6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

İki hərbçimiz Kəlbəcər ərazisində minaya düşüb - RƏSMİ

11-may-2026
İki hərbçimiz Kəlbəcər ərazisində minaya düşüb - RƏSMİ
Yazı Ölçüsü:

Mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər.

PostMedia” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Xəsarət alan hərbi qulluqçular yaxınlıqdakı tibb müəssisəsinə təxliyə ediliblər. 
Dərhal ilkin tibbi yardım göstərilən hərbi qulluqçularımızın vəziyyətləri stabildir, hazırda hərbi tibb müəssisəsində müalicələri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930