6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

---

Aİ ölkələri İran əleyhinə sanksiyaların genişləndirilməsi barədə razılığa gəlib

21-aprel-2026
Aİ ölkələri İran əleyhinə sanksiyaların genişləndirilməsi barədə razılığa gəlib
Yazı Ölçüsü:

Avropa İttifaqı (Aİ) ölkələri İran əleyhinə sanksiyaların genişləndirilməsi barədə razılığa gəlib və bu tədbirlərə Hörmüz boğazının bağlanmasına cavabdeh olan bütün şəxslərin də daxil edilməsi planlaşdırılır.

"PostMedia" "Reuters"ə istinadən xəbə verir ki, barədə çərşənbə axşamı Avropa İttifaqının xarici siyasət qurumunun rəhbəri Kaya Kallas bildirib,.

Kallas həmçinin məlumat verib ki, Lüksemburqda keçirilən görüş zamanı o, xarici işlər nazirlərinə müraciət edərək Yaxın Şərqdə Aİ-nin dəniz missiyasının gücləndirilməsini xahiş edib. Hazırda həmin missiya Qırmızı dənizdə Yəmən husilərinin hücumlarından gəmiləri qoruyur.

Fevralın 28-də ABŞ və İsrailin hərbi əməliyyatlarının başlanmasından sonra İran boğaz vasitəsilə ticarəti dayandırdığını elan etmişdi. Bu boğazdan dünya neftinin təxminən 20%-i və mayeləşdirilmiş təbii qazın (LNG) 30%-dən çoxu keçir.

İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Araqçi aprelin 17-də boğazın gəmiçilik üçün açıldığını bildirib və bunu Livanda atəşkəsin bərqərar olunması ilə əlaqələndirib. Həmin gün münaqişənin başlanmasından sonra ilk dəfə boğazdan bir yaxta keçib.

Aprelin 18-də Tehran boğaz üzərində hərbi nəzarətin bərpa edildiyini açıqlayıb, daha sonra isə İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın dəniz blokadası qaldırılmayana qədər boğazı yenidən bağlamaq niyyətini bəyan edib. İran hərbçiləri həmçinin boğazdan keçməyə cəhd edən iki tankeri geri qaytarıblar.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930