6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

“28 May” stansiyasında sərnişin qatar yoluna düşüb - YENİLƏNİB

21-aprel-2026
“28 May” stansiyasında sərnişin qatar yoluna düşüb - YENİLƏNİB
Yazı Ölçüsü:
Qurumun saat 21:05-də yaydığı məlumata görə, “İçərişəhər-Əhmədli” istiqamətində qatarların hərəkəti bərpa edilib.
--------------------------------------------------------------------------------------
Bu gün saat 20:20 radələrində “28 May” stansiyasında sərnişin qatar yoluna düşüb.
Bu barədə "PostMedia"ya "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.
İlkin məlumata əsasən, həkimlərin səyinə baxmayaraq, sərnişinin həyatını xilas etmək olmayıb.
Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və "Nərimanov" stansiyasından elektrik deposuna göndərilib.
Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930