6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Naderi: "Dəniz blokadası məsələsi həll olunana qədər İranın heç bir danışıq qrupu Pakistana getməyəcək"

21-aprel-2026
Naderi: "Dəniz blokadası məsələsi həll olunana qədər İranın heç bir danışıq qrupu Pakistana getməyəcək"
Yazı Ölçüsü:

“Məncə, dəniz blokadası məsələsi həll olunmayana qədər biz danışıqların ikinci mərhələsini keçirməyəcəyik”.

"PostMedia" xəbər verir ki, İran parlamentinin deputatı Əhməd Naderi SNNTV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İran nümayəndə heyətinin danışıqlara gedəcəyi ilə bağlı yayılan xəbərlər “açıq-aşkar yalandır”.

Deputat əlavə edib ki, dəniz blokadası məsələsi həll olunmayana qədər heç bir İran danışıqlar heyəti Pakistana getməyəcək.

İran və ABŞ arasında atəşkəs müddətinin aprelin 22-də başa çatacağı bildirilir. Daha əvvəl ABŞ prezidenti Donald Tramp atəşkəs rejimini uzatmaq istəmədiyini açıqlamışdı.

“Bizim çox vaxtımız yoxdur. İran razılaşma əldə etsə, çox yaxşı nəticələr əldə edə bilər”, – Tramp deyib və əlavə edib ki, İran rəsmilərinin danışıqlardan başqa “seçimi yoxdur”.

ABŞ prezidenti həmçinin bildirib ki, Amerika ordusu atəşkəs dövrünü texniki ehtiyatların tamamlanması üçün istifadə edib və əgər belə bir əmr verilsə, İrana qarşı hücumları yenidən başlatmağa hazırdır.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930