6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Səhiyyə

Anar Bayramov 17 gün əvvəl təyin olunmuş müşaviri işdən çıxarıb

21-aprel-2026
Anar Bayramov 17 gün əvvəl təyin olunmuş müşaviri işdən çıxarıb
Yazı Ölçüsü:
TƏBİB-in yeni icraçı direktoru Anar Bayramov kadr dəyişikliklərinə başlayıb.
"PostMedia" Bakupost.az-a istinadən xəbər verir ki, TƏBİB sədrinin səlahiyyətlərini icra edən Anar İsrafilov tərəfindən cəmi 17 gün əvvəl müşavir vəzifəsinə təyin edilmiş həkim Zeynal Bayramlı işdən azad olunub.
Məlumata əsasən, qurumdakı digər müşavirlərin də ərizələri alınıb.
Məsələ ilə bağlı Bakupost.az-ın sorğusuna qurumun mətbuat xidmətindən cavab verilməyib.
Qeyd edək ki, Anar Bayramov aprelin 17-də TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilib.
Onun təyinatı qurumda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930