6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

İran tankerlərdən birinin ABŞ-nin blokadasını yardığını açıqlayıb

21-aprel-2026
İran tankerlərdən birinin ABŞ-nin blokadasını yardığını açıqlayıb
Yazı Ölçüsü:

İran Silahlı Qüvvələri ABŞ-nin “blokadasını” yararaq bir neft tankerinin ölkə sularına daxil olduğunu bildirib.

"PostMedia" "Mehr News Agency"yə istinadən xəbər verir ki, İran Ordusunun mətbuat xidməti “Sili City” adlı tankerin Ərəb dənizi üzərindən keçərək ABŞ Hərbi Dəniz Qüvvələrinin əməliyyat qrupunun xəbərdarlıqlarına məhəl qoymadan İranın ərazi sularına daxil olduğunu açıqlayıb.

Bildirilir ki, gəmi İran Hərbi Dəniz Qüvvələrinin müşayiəti ilə ölkənin cənub limanlarından birinə çatıb və bir neçə saat orada lövbər salıb.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930