6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Prezident Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verib

20-aprel-2026
Prezident Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verib
Yazı Ölçüsü:
Azərbaycan Respublikası Prezidentinin “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişiklik edilib.
"PostMedia" xəbər verir ki, bununla bağlı ölkə başçısı Fərman imzalayıb.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 405 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 23 fevral tarixli 604 nömrəli Fərmanı) I hissəsinin beşinci abzasına “Xidməti” sözündən sonra “və Dövlət Gömrük Komitəsi” sözləri əlavə olunsun və həmin abzasda “keçirir” sözü “keçirirlər” sözü ilə əvəz edilsin.
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930